Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı gələn il iyulun 1-dən yeni ekspertiza meyarları müəyyən olunub və artıq qüvvəyə minəcəkdir.
Bu fikirləri hafta.az-a Milli Məclisin Sosial Məsələlər Komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının, o cümlədən Birləşmiş Milətlər Təşkilatının tələbidir:
“Bilirsiniz ki, Azərbaycan 2008-ci ildə BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanı ratifikasiya edib və ondan sonra öz qanunlarımızda uyğunlaşdırmışıq. Bu həm də ordan gələn tələbdir. Əlillik müəyyən olunarkən, əlillik qruplar və yaxud dərəcələrlə deyil, faizlərlə müəyyən olunacaq. Sağlamlıq imkanı 30 faizə qədər itirilərkən əlillik müəyyən olunmur. Yalnız istehsalat xəsarəti və peşə xəstəliyi zamanı olan əlillik 30 faizdən aşağıda müəyyən olunur. 30 fazidən 100 faiz arasında orqanizmin funksiyasının pozulmasından asılı olaraq müxtəlif əlillik faizləri veriləcək. Həmin faizlərə də uyğun vətəndaşlarımız sosial sığorta ödəyiblərsə, onların müəyyən pensiya kapitalı varsa, bunlar da onun üstünə gəlməklə pensiya kapitalı rüsumunda müavinət alacaqlar”.