Əməkdar artist Novruz Qartal vəfat edib

21:05 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Novruz Qartal vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov məlumat paylaşıb.

Xatırladaq ki, əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum son günlər xəstə yatağında verdiyi müsahibə ilə gündəm olmuşdu.

Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

O, "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları ifa edib.

Novruz Qartal Azərbaycanın əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Oxunma sayı 32