Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi

13:10 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova ağır vəziyyətdə Gəncədəki Modul tipli xəstəxanaya yerləşdirilib.

Hafta.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər. Jurnalistin koronavirusa yoluxduğu qeyd edilir.

Şəmsiyyə Kərimovanın qardaşı 7 gün əvvəl xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

Jurnalist yeganə övladını da çoxdan itirib.

Oxunma sayı 27