Əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü 

11:09 03.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 246