Emənilər gəlib Azərbaycanın necə inkişaf etdiyini görməlidirlər - Sərdar Cəlaloğlu

17:50 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sülh müqaviləsinin imzalanması şərti ilə bu məsələlər məqsədəmüvafiqdir və təqdir olunandır. Əgər ermənilər bizə düşmənçilik edirsə onların ölkə daxilinə edəcəyi hər hansı səfərlər də xeyir məqsədi güdməz.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, slh müqaviləsi bağlanarsa Azərbayacanlılar öz torpaqlarına getməlidir, ermənilər də gəlib Azərbaycanın necə inkişaf etdiyini görməlidirlər.

S.Cəlaloğlu hesab edir ki, azərbayacanlıların özlərinin dədə-baba torpaqları olan və hazırda Ermənistan ərazisi daxilində qalan torpaqlara səfərlərinin təşkili daha məqsədəuyğun olar. Onun fikrincə, bu səfərlərin təşkili ilə bağlı təklifləri məhz o yerlərdən qovulmuş azərbaycanlılar özləri verməlidirlər.

“Yəqin ki, bu gün Sumqayıta gəlmək istəyənlər, Sumqayıtda yaşamış ermənilərdir. İrəvandan qovulmuş Azərbaycan türkləri də ora getmək üçün müraciət etməlidirlər”.