Yazını böyüt
Yazını kiçilt
İbtidai sinif müəllimləri arasında yaşı 25-dən az olan və 25-29 yaş arasında müəllimlərin hamısı sertifikasiyada uğurlu nəticə göstərib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ibtidai sinif müəllimlərinin ümumilikdə 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib. Nazir qeyd edib ki, onların 14 faizi isə ikinci cəhddə keçid balını toplaya bilməyib.
Emin Əmrullayev 60 yaşdan yuxarı müəllimlərin sertifikasiya prosesində iştirakının könüllü olduğunu diqqətə çatdırıb.