Ən vacib məsələ kommunikasiya xəttlərinin blokadadan çıxarılmasıdır - Politoloq

15:33 25.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ADA-da keçirilən son tədbirdə sadalanan fikirlər, ölkə rəhbərinin ayrı-ayrı istiqamətlərdə suallara cavabları Ermənistan, digər region ölkələri, xüsusilə də Qərb üçün müvafiq mesajlarla yadda qaldı”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Prezidentin ADA universitetindəki çıxışı ilə bağlı şərhində bildirib.

Politoloq hesab edir ki, Prezidentin ADA Universitetində etdiyi çıxışı əslində Azərbaycan-Ermənistan arasında yaranacaq sülhün region ölkələri üçün nə dərəcədə vacib olduğunun faktiki olaraq göstəricisi, baş verə biləcək sülhdən region ölklərinin hansı şəkildə faydalanacağının təqdimatı idi:

“Prezident misal olaraq Azərbaycan-Gürcüstan münasibətləri və Gürcüstanın enerji təhcihizatında Azərbaycanın rolunu önə çəkdi. Prezident tərəfindən sadalanan arqumentlər birbaşa həm də Ermənistana ünvanlaşmışdı. Həmin açıqlamalar sülhün Ermənistan üçün gətirəcəyi faydalarla bağlı əhəmiyyətli oldu. Prezidentin “Ermənistanı qazla təhciz edə bilərik” bəyanatının özü 2023-cü ildə Tiflisdə Ermənistanın infrastruktur nazirinin -“Sülh müqaviləsi olarasa, biz Azərbaycandan qaz almaqda maraqlı olacağıq” bəyanatlarına faktiki verilmiş cavab idi”.

Politoloq qeyd edib ki, bu gün Ermənistanın qaz təhcizatı Rusiyadan asılıdır.

“Ermənistanda qaz təhcizatını Rusiyanın “Qazprom” şirkəti həyata keçirir. Ermənistanda “Qazprom -Armeniya” adlı şirkətin 100 fazi payı Rusiyaya aiddir. Həmin şirkət Rusiyada qazın paylanması, alınması, nəzarətini həyata keçirir. Əgər Ermənistanın illik qaz tələbatının təqribən 2.6 milyard kubmetr olduğunu, bunun 2 milyardan çoxunun Rusiyadan, yerdə qalanının -184 milyon kub metrinin İrandan alınıdığını, indiki mərhələdə Rusiya və Ermənistan arasında gərginlik fonunda Ermənistana əlavə 2 milyard kubmetrə qədər qaz tələb olunacaq. Azərbaycanın bunu reallaşdırsmaq imkanları var”.

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistana qaz verməkdə maraqlı olacaq. Çünki Ermənistanın qaz tədarükündə pay sahibi olmaq Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən əlavə üstünlüklər verəcək.

“Bunun üçün şərtlər var. Ən vacib məsələ kommunikasiya xəttlərinin blokadadan çıxarılması və Ermənistan-Azərbaycan arasında sülh sazşinin imzalanmasıdır”.

R. Bayramov hesab edir ki, Prezidentin regionla bağlı məsələdə sülh sazişinin imzalanmasını və bundan Ermənistanın özünün əldə edəcəyi faydaları barədə çıxışı təsadüfi deyildi. Onun fikrincə, Prezidentin sülhün təmin edəcəyi imkanlar barədə dedikləri region dövlətllərinə, Qərbə ciddi bir mesaj idi.

Oxunma sayı 78
Siyasət rubrikasından digər xəbərlər