Səudiyyə Ərəbistanının Milli Vəhşi Təbiət Mərkəzi, martın 9-da ölkədə təhlükəsizlik qüvvələrinin bir evə basqın etdiyini açıqlayıb. Sosial şəbəkələrdə yazılan şərhlərdə çoxları vəhşi heyvanlar üçün əlverişsiz şəraiti pisləyərək əməliyyatı tərifləyiblər.
Hafta.az-ın BƏƏ-də fəaliyyət göstərən Gulf News-a istinadən yazdığına görə, evinə basqın edilmiş şəxsin həmin heyvanları necə əldə etdiyi hələlik məlum deyil.
Milli Vəhşi Təbiət Mərkəzindən də bildirilib ki, heyvanlar lazımi tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı sığınacağa köçürülüb.
2021-ci ildə paytaxt Ər-Riyadda aslan öz baxıcısını öldürdükdən sonra Səudiyyə Ərəbistanı səlahiyyətliləri yırtıcı heyvanı qeyri-qanuni qidalandırmaq lazım olmadığı barədə xəbərdarlıq edib.
Ölkədə nəsli kəsilməkdə olan heyvanların saxlanması və nümayişi qadağandır. Bu qanunların pozulması 10 ilə qədər həbs və 30 milyon Səudiyyə rialı (təxminən 14 milyon manat) məbləğində cərimə ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, son illər sosial şəbəkələrdə evdə bəslənməsi gözlənilməyən bir çox heyvanlara rast gəlinir.
Ötən həftə Əl-Cubeyl rayonundakı yaşayış massivində tülkü aşkar edilib. Tutulan heyvan qidalandırılıb və sağlamlıq müayinəsindən sonra təbii mühitinə buraxılıb. Yanvar ayında isə Əl-Zülfi əyalətindəki bağda gəzən canavarın şəkli sosial mediada yayılıb. Ötən ilin martında avtomobilin vurduğu təxmin edilən yaralı aslanın görüntüləri də internetdə səs salmışdı.
Digər tərəfdən, 2030-cu il hədəflərini açıqlayan ölkə, bu çərçivəyə uyğun olaraq antilop, ceyran və dağkeçisi kimi heyvanları yenidən introduksiya etməyə başlayıb.