Ər-Riyadda Yaxın Şərq və Şimali Afrika İqlim Həftəsi keçiriləcək

09:10 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Energetika Nazirliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi ilə koordinasiyalı şəkildə 2023-cü il Yaxın Şərq və Şimali Afrika İqlim Həftəsini Ər-Riyadda keçiriləcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 8-12 oktyabr tarixlərində baş tutacaq tədbirdə bir çox ölkələrin nazirləri, rəsmilər və media işçiləri iştirak edəcək.

Nazirlik Paris İqlim Dəyişikliyi Sazişinin hədəflərinin həyata keçirilməsi istiqamətində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi məqsədilə həftənin tədbirlərinin “Qlobal Qiymətləndirmə” adı altında keçiriləcəyini açıqlayıb. Nazirlik, həmçinin Səudiyyə Ərəbistanının 2023-cü il üçün Yaxın Şərq və Şimali Afrika İqlim Həftəsinə ev sahibliyi etməsinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək BMT-nin Tərəflərin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP28) qarşısında fürsət yaradacağına diqqət çəkib. Qeyd olunub ki, bu, regionun bu sahədə səylərini vurğulamaq, onun iqlim fəaliyyətinə yanaşmasını nəzərdən keçirmək, iqlim dəyişikliyinin regionda yerli və regional təsirlərindən söz açmaq üçün fürsətdir.

Həftədə sərgi və mədəni tədbirlərlə yanaşı, bir çox mühüm regional və beynəlxalq səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən nazirlərin, yüksək səviyyəli rəsmilərin, medianın, enerji və iqlim məsələləri ilə maraqlananların iştirakı gözlənilir. BMT nümayəndələrinin və müvafiq qurumların imkanları araşdırmaq üçün iştirakına əlavə olaraq, bu həftə iqlim dəyişikliyi ilə mübarizə üçün praktiki həllər tapmaq, investisiya imkanlarını, tədqiqat və inkişaf sahələrini müzakirə etmək və karbon qazının azaldılmasının təşviqi üçün əməkdaşlıq məqsədi daşıyır.