Ərdoğan BƏƏ Prezidenti ilə görüşüb

14:27 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 
 

Qeyd olunub ki, onun, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşü olub.

Görüşdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi əlaqələr, regional və qlobal problemlər, İsrailin Fələstin torpaqlarına davam edən hücumları müzakirə edilib.