Hələlik Rusiyadan taxıl daşınması yoxdur. Cənab Putinin haqlı olduğu bir şey var. Bu nədir? Bu taxıl daşımasında gələn taxıl, təəssüf ki, zəngin ölkələrə gedir. Kasıb ölkələrə yox. Bunun əsas mövzusu nədir? Bu taxıl daşınmasını buradan kasıb ölkələrə davam etdirmək. İndi Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, bu sanksiyaları gündəmə gətirən və bu sanksiyaları tətbiq edən ölkələrə taxıl daşınması cənab Putini də narahat edir.
Hafta.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
"Biz istəyirik ki, taxıl daşınması Rusiyadan da başlasın. Bunu da gözləyirik, burada gecikmə var. Bunun aradan qaldırılması üçün biz bunları Səmərqənddə cənab Putinlə ətraflı müzakirə edəcəyik, arzumuz odur ki, Rusiyadan taxıl daşınmasına başlayaq və bu taxılı həqiqətən yoxsul ölkələrə çatdıraq".