Ərdoğan “taxıl müqaviləsi”nin müddətini məhdudlaşdırmamağa çağırıb

17:06 12.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “taxıl müqaviləsi”nin müddəti heç bir zaman çərçivə ilə məhdudlaşdırıla bilməz.

Türkiyə lideri “vaxt məhdudiyyətinin qoyulmasının düzgün olmadığını” vurğulayıb. “Biz Rusiya və Ukraynaya dedik ki, razılaşma nə qədər uzun olsa, bir o qədər yaxşı olacaq”.

Bundan əlavə, Ərdoğan hazırda Ankaranın ən vacib vəzifəsini “taxıl dəhlizinin” fəaliyyətini təmin etmək və sülhə nail olmaq üçün Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış etmək olduğunu bildirib. Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinin kasıb Afrika ölkələrinə pulsuz taxıl tədarükü ilə bağlı qərarını alqışlayıb.

Siyasət rubrikasından digər xəbərlər