“Ərəb və İslam ölkələrinin Fələstin məsələsində tələblərini dəstəkləyirik” – Vanq Yi

10:30 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin xarici işlər naziri Vanq Yi İsrail-Fələstin münaqişəsinin bütün tərəflərinin geosiyasi mülahizələri bir kənara qoyaraq daimi sülh üçün beynəlxalq konsensusa təşviq etməli olduqlarını deyib və bildirib ki, ərəb və İslam ölkələrinin Fələstin məsələsində haqlı tələblərini dəstəkləyirlər.

Hafta.az-ın yazdığına görə, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Vanq malayziyalı həmkarı Zambri Abdul Kadirlə telefon danışığında İsrail-Fələstin münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb.

Çinin günahsız mülki insanlara zərər verən və beynəlxalq hüququ pozan hər cür hücuma qarşı olduğunu bildirən Vanq, "Fələstin məsələsində həmişə sülhün, beynəlxalq hüququn, ərəb və İslam ölkələrinin qanuni tələblərinin yanındayıq" deyib.

Vanq, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Körfəz Əməkdaşlıq Şurasının (GCC) Qəzza zolağındakı vəziyyətlə bağlı birgə bəyanatını dəstəklədiyini vurğulayıb. Nazir, “Müharibəyə və sülhə gəldikdə, bütün tərəflər geosiyasi mövqe tutmalı, mülahizələri bir kənara qoyaraq, mümkün qədər tez danışıqlara başlamalıdır” deyən cənab Vanq bildirib ki, İsrail-Fələstin münaqişəsinin kökünün Fələstin torpaqlarının davam edən işğalı və fələstinlilərin dövlət tələblərinə uzun müddət məhəl qoyulmamasıdır. Vanq bəyan edib ki, münaqişənin həllinin əsas yolu ikidövlətli həll variantının həyata keçirilməsi, Fələstin və İsrail xalqlarınin dinc-yanaşı yaşamasını təmin etməkdir.

Vanq Çinin Fələstin xalqına qanuni hüquqların verilməsini və problemin sülh yolu ilə həllinə qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin effektiv şəkildə həyata keçirilməsini dəstəklədiyini vurğulayıb.

Bu arada, Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Cay Jun da İsrail - Həmas münaqişəsi səbəbindən Çinin ağır mülki itkilərdən və humanitar böhrandan dərin narahat olduğunu bildirib.

Beynəlxalq ictimaiyyətin İsrail-Fələstin münaqişəsinə “obyektiv və ədalətli” yanaşmalı və müharibəyə son qoymaq üçün tədbirlər görməli olduğunu bildirən Cay, BMT-nin problemin həlli üçün mümkün qədər qısa zamanda daha geniş, təsirli və mötəbər beynəlxalq konfrans çağırmasına çağırıb.

Cay Jun Çinin mülki şəxslərə zərər verən və beynəlxalq hüququ pozan bütün hərəkətləri pislədiyini ifadə edərək, hərbi əməliyyatların dərhal dayandırılması və humanitar yardım kanallarının açılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin yenidən gərginləşməsi bir daha sübut edir ki, Fələstin probleminə göz yummaq olmaz və iki tərəf arasında təkrarlanan münaqişələrdən əsas çıxış yolu iki dövlətli həllin həyata keçirilməsi, yəni müstəqil Fələstin dövləti ilə İsrailin dinc-yanaşı yaşamasının təmin edilməsidir.

Cay əlavə edib ki, Çin Qəzzada müharibəni mümkün qədər tez bitirmək səyləri üçün beynəlxalq ictimaiyyətin müvafiq tərəfləri ilə işləməyə davam edəcək, Fələstin xalqının qanuni milli hüquqlarını bərpa etmək, iki dövlətli həlli həyata keçirmək və davamlı sülhü təmin etmək üçün dəstək verəcək.

Siyasət rubrikasından digər xəbərlər