Evli qadın pulsuz STD (Cinsi yolla ötürülən xəstəlik) testinə daxil olmaq üçün cinsi təcavüzə məruz qaldığını iddia edib.
Hafta.az-ın yazdığına görə, 30 yaşlı Reni Skoglund, Tampa prokurorlarına etiraf etdikdən sonra 2 il sınaq müddəti olmaqla 8 il şərti azadlığa çıxacaq. FOX13 xəbər verir ki, ötən həftə keçirilən məhkəmə iclasında prokurorlar Skoglundun həyat yoldaşını aldatmaq üçün Cənubi Dakotadan Florida ştatının Hillsboro dairəsinə getdiyini bildiriblər.
Skoglund martın 8-də bir gecəlik münasibətdən sonra cinsi yolla ötürülən xəstəliyə yoluxduğundan ehtiyat edir. Pulsuz sınaq üçün müraciət edən Skoglund daha sonra avtomobilini yoxlamaq üçün dövlətlərarası yolda olarkən təcavüzə məruz qalması barədə ətraflı hekayə uydurub.
Skoglund 911 operatoruna göz yaşları içində "təxminən 45 dəqiqə əvvəl təcavüzə məruz qaldım" deyib, təcavüzkarın onun başına dəsmal örtdüyünü, əllərini və ayaqlarını kəndirlə bağladığını və onu maşının arxa oturacağına zorla oturtduğunu iddia edib.
Skoglundun cib telefonunu araşdıran səlahiyyətlilər, hekayədə bəzi uyğunsuzluqlar görüblər.
Skoglund daha sonra zorlama iddialarını uydurduğunu etiraf edib və 30 yaşlı qadın polisə yalan söylədiyi üçün məhkəməyə verilib.
Prokuror Cessika Kuvertier cümə günü verdiyi qərarda "O, Hillsborough bölgəsində bir kişi ilə könüllü cinsi əlaqədə olub" deyib. Sonra o, ailə vəziyyətinə görə özünü günahkar hiss edib və CYBH müayinəsindən keçmək istəyib.
Skoglund sınaq müddəti ilə yanaşı, Hillsborough County Sherif Office-ə 17245 dollar ödəməlidir.