Erməni deputatlar arasında QALMAQAL - ZƏNGƏZUR SÖZÜNƏ GÖRƏ

18:50 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentində tarixi Azərbaycan vilayəti olan Zəngəzur ifadəsinin səsləndirilməsi erməni deputatlar arasında yeni qalmaqalın əsasını qoyub.

Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyasınınnövbədənkənar iclas çağırılıb. İclasın gündəliyinə komissiya sədr müavininin seçilməsi məsələsi daxil edilib.

“Ermənistan” fraksiyasından olan millət vəkili Artur Kazinyan iclasın gündəliyinə daha bir məsələnin, yəni Ermənistanın cənub-şərq sərhədində vəziyyəti və səbəb-nəticə əlaqələrini araşdırmaq və qısa hesabat təqdim etməklə məşğul olacaq işçi qrupunun yaradılması məsələsinin daxil edilməsini təklif edib.

Komissiyanın sədri Andranik Koçaryan isə öz növbəsində bildirib ki, işçi qrupu gələn həftə yaradılacaq. O qeyd edib ki, komissiyanın üzvü Armen Xaçatryan bu işlərin təşkili üçün hazırda Zəngəzurdadır.

“Yəqin ki, Sünikdə, cənab Koçaryan. Zəngəzur yox, Sünik”, - deyə Artur Kazinyan Koçaryana öz iradını bildirib.

Oxunma sayı 828
Siyasət rubrikasından digər xəbərlər