Erməni qadınlar Xankəndindən Şuşaya doğru təxribatçı "yürüş" etdi - FOTO

17:29 07.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xankəndindən bir qrup erməni qadın Şuşa-Xankəndi yolundakı Şuşa-Şuşakənd  yolayrıcınadək  edib.

Hafta.az xəbər verir ki, bu haqda panorama.am məlumat yayıb.

Qadınların əllərində erməni, rus və ingilis dillərində “Artsaxın öz müqəddəratını təyin etməsi yeganə alternativdir”, “Biz təslim olmuruq”, “Yaşamaq hüququmuzu təmin edin” kimi  Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribatçı yazılar olan plakatlar tutublar.

“Biz öz mövqeyimizi 1988-ci ildə bildirmişik, bu gün bir daha təsdiq edirik”, -  deyə yürüşdə iştirak edən separatçı və revanşist ruhlu erməni qadınlar çağırış ediblər.

Yürüş zamanı separatçı-terrorçu rejimin qondarma “himni” də səsləndirilib.

Siyasət rubrikasından digər xəbərlər