Erməni silahlıları Kəlbəcər istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib

18:55 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.