Ermənilər Ağdam, Xocalı və Xocavəndin kəndlərində “seçki”yə hazırlaşır - PAYIZDA

17:41 20.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsində hələ də tör-töküntüləri qalan separatçı-terrorçu erməni rejimi payızda bəzi “icmalar”da  qanunsuz “yerli özünüidarəetmə orqanları”na  saxta “seçki” keçirməyə hazırlaşır.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, rejimin qanunsuz “mərkəzi seçki komissiyası”   dünən – avqustun 19-da keçirdiyi iclasda  qanunsuz “seçkilər”in  Xocalı  rayonunun Xaçmaç,  “Tsaxkaşat” adlandırılmış  Qışlaq, Ağdam rayonunun Sırxavənd( “Nor Qazançi”) və Xocavənd rayonunun  Qarqar (“Herher”) kəndlərində keçirilməsi haqda qərar verib. Qondarma “seçki”lər oktyabrın 10-a nəzərdə tutulub.