“Ermənilər türk hamilə qadınların qarnını yırtıb körpələrini çıxarırdılar”

14:34 22.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə siyasi proseslər dəyişib. Artıq diqtəni Azərbaycan edir, 30 ildir erməni əsarətində daşı daş üstə qalanan Vətən torpaqlarımızda tikinti-quruculuq işləri aparılır, yaxın zamanlarda məcburi köçkünlər tədricən öz ata-baba yurdlarına dönəcəklər və sair. Amma dəyişməyən yeganə şey ermənilərin xislətidir. Əsrlərdir Azərbaycan da daxil olmaqla, türk millətinə düşmən mövqe tutan ermənilər nə istəyir, onları kimlər himayə edir, məqsədləri nədir? Bu və digər suallara misirli yazıçı, "Erməni silahlı dəstələrinin müsəlman kürd və türklərə qarşı qətliamları" adlı kitabının müəllifi Sabir Məşhur cavab verir. Cənab Məşhur yalnız həqiqətlərə işıq salmır, eyni zamanda, baş verənlərdən tamamilə xəbərsiz olan Misir ictimaiyyətinin də diqqətini ermənilərin yalan üzərində qurulan siyasətinə cəlb edib.

Misirli yazar söhbətə ermənilərin guya türklər və müsəlmanlar tərəfindən qətl edilməsinə münasibət bildirməklə başladı:

- İslam 14 əsrdir erməniləri öz içində yaşadır və hansı müsəlman ölkəsinə getsəniz orda bəlli sayda erməni əhalinin yaşadığını görəcəksiniz. Amma bu gün Ermənistanda bir nəfər də olsun müsəlman yoxdur. ABŞ-ın araşdırma institutlarından biri qeyd edir ki, Ermənistan əhalisinin 1 faizi müsəlmandır. Amma mən deyirəm ki, bu gün Ermənistanda bir nəfər belə müsəlman yaşamır. Bayaq dediyim kimi, müsəlmanlar 1400 ildir Ermənistanı idarə edir, əgər İslam pis olsaydı, orda bircə erməni qalmazdı. Dünyada 20 milyon erməninin olduğunu deyirlər, İslam qırmışdısa onları, hardan çıxdı o qədər erməni?

- Azərbaycanda da rəsmi rəqəmlərə görə hazırda 30 min erməni vətəndaş var. Mən Misirdə olub, öz gözlərimlər görmüşəm – orada da çox sayda erməni yaşayır…

- Bir dəfə livanlı bir erməni mənə dedi ki, siz öldürmüsünüz erməniləri. Mən də cavab verdim ki, biz sizi öldürsəydik, 1400 ildir Suriyanı, Livanı müsəlmanlar idarə edir, onda sizdən kimsə qalmazdı və indi sən də mənə bu sözü deyə bilməzdin. Livanda kotolik, ortodoks, yəhudi, erməni, süryani, keldani - hər kəs yaşayır. Suriya, Livan və İraqda 20-dən çox din və millət mövcuddur. Bu İslamın böyüklüyünü göstərir. Bəs Ermənistanda müsəlman yaşayırmı, xeyr. Deyirlər 800 müsəlman var. Onlar kimdir - hamısı İrandan gəlmiş şiə tüccarlar, ticarətləri, biznesləri var və İrana yarınmaq üçün onlara dəymirlər. Ermənistanda 300 min azərbaycanlı yaşayırdı, indi hardadır onlar – öldürülən öldürüldü, qalanları da qovuldu ölkədən.

- Ermənilər Yaxın Şəqrin xəritəsində böyük bir xəyali dövlətin sərhədlərini cızaraq iddia edirlər ki, burada “Böyük Ermənistan” dövləti yaradılmalıdır. Guya tarix boyu bu yerlərdə Ermənistan varmış, amma türklər onların dövlətini süquta uğradıb, özlərini isə başqa ölkələrə sürgün ediblər. Misirdən baxdığınızda necə görünür xəritədə “Böyük Ermənistan”?

- Bu xəyali xəritə bütün bölgədə yerləşən köklü müsəlman ölkələrinin şəklini dəyişməyə hesablanıb. Baxın, cənub-şərqi və şərqi Anadolu, Gürcüstan və Azərbaycanın böyük hissəsi, İranın bütün şimal-qərbi, İraq və Suriyanın yarıdan çoxu, hətta Livan ərazisinədək Ermənistanın ərazisi kimi göstərilir. Əslində ermənilər bu xəritəni tərtib etməklə yalnız Türkiyə və Azərbaycana deyil, Gürcüstan, İran, İraq, Suriya, Livana ərazi iddiası irəli sürürlər. Kürd torpaqlarından isə ümumiyyətlə söz gedə bilməz. Mən burada Türkiyəni xüsusilə qeyd etmək istəyirəm. Ermənilərin təbirincə, Türkiyə əraziləri parçalanarsa, kürdlər millət olaraq məhv ediləcək, ermənilər onları qoyun kimi kəsib-doğrayacaqlar...

- Çıxış yolu nədir?

- Çıxış yolu Türkiyənin daha güclü və unitar dövlət olaraq qalmasıdır. Bu, kürdlərlə ərəblərin ölüm-qalım məsələsidir. Türkiyənin mövcudluğu kürdləri və ərəbləri qeyd olunan təhlükədən qoruyur.

- Ermənilər Türkiyə və Azərbaycana torpaq iddiası irəli sürür və deyirlər ki, bu iki qardaş dövlətin timsalında türklər onların dədə-babalarını öldürüblər və oları da öldürəcəklər. Bayaq da dedim: onların iddiasının əksinə, Azərbaycanda sayları 30 min olan ermənilər Türkiyədə daha yayğın halda yaşayırlar. Bu məsələyə münasibətiniz necədir?

- Doğru qeyd etdiniz ki, Türkiyədə nəinki yayğın halda yaşayırlar, siyasi-ictimai fəaliyyətlə məşğuldurlar, bizneslərini idarə edirlər, məktəbləri, bağçaları, hər sahədə dərnəkləri var, qəzet çap edirlər və sair. Məndəki məlumata görə, bu gün Türkiyədə 80 min erməni qanuni vətəndaş kimi yaşayır. Bir o qədər erməni isə burada qeyri-qanuni yaşayır və ya işləyir. Yenə deyirəm: Türkiyədə 80 mindən çox erməni vətəndaş olaraq özlərinə düşmən hesab etdikləri türklərlə eyni hüquq və imtiyazlara sahibdir. Heç kim ermənilərdən millətinin nə olduğunu soruşmur və buna görə ona bir söz də demir. Amma baxaq, Ermənistanda niyə bir nəfər də olsun türk yoxdur? Vaxt vardı İrəvan şəhərinin 80 faizi müsəlmanlardan ibarət idi, hara getdi o 80 faiz insan, niyə getdi, bu suala cavab verə bilərmi ermənilər? Bütün bunlar əslində kimin kimə soyqırım tətbiq etdiyini aydın göstərir.

- Qərb niyə ermənilərin çaldığı havanı oynayır? Yoxsa əksinədir, ermənilərə dil verən elə Qərbdir?

- Bayaq bir söz dedim - Türkiyə ərəbləri və kürdləri qoruyur. Yenə xatırladıram: bu gün Ermənistanın bütün ərəb şərqinin başına bəla olmasının qarşısında yeganə maneə Türkiyədir. Elə bu səbəbdən də Co Bayden oturub-durub 100 il öncə "erməni soyqırımı" olduğunu iddia edir. Ay qardaş, o vaxt tək ermənilər deyil, Osmanlı əsgəri də ac idi. Osmanlı ordusunun ərzaqla təminatı çətinləşmişdi və bu əngəli yaradanlar Emanuel Karasu, Mason, yəhudi filan idi. İngiltərənin hərbi gəmiləri Türkiyəni dənizdən mühasirəyə alaraq, ərzaq daşıyan gəmiləri limanlara buraxmırdı. O dövrdə acından ölməmək üçün Osmanlı əsgəri otu qaynadıb içirdi ki, ayaqda qalsın. Demək istədiyim budur ki, Avropa və Amerika 100 il əvvəl də ermənidən istifadə edərək Türkiyəni zəiflətmək, parçalamaq istəyirdi, bu gün də.

- Eləcə də kürdlərdən...

- Kürdlər bu oyunda qurbandır. Qərb guya onlara dövlət qurmaq istəyir, xeyr, sadəcə Türkiyəni və İslam regionunu parçalamağa çalışır. Qərb “Soyuq müharibə” dönəmində sosializmə cəbhə açmışdı. Elə isə nəyə görə kommunist təfəkkürü üzərində yaradılmış PKK-ya gizli dəstək verir və yaxud kommunist ideyalarına sahib HDP-ni dəstəkləyir? Səbəb aydındır: HDP israr edir ki, Türkiyədə bir millət deyil, millətlər var. Yəni türk millətini kökündən rədd edir. Türkləri düşmən gözüylə görür. Hansı ki, çox mənasız iddiadır. Qardaşım, Əlcəzairdəyəmsə əlcəzairliyəm, Misirdəyəmsə misirliyəm, Mərakeşdəyəmsə mərakeşliyəm, daha bizi ərəbə-bərbərə bölməyin nə mənası var? Eləcə də Türkiyədə, kürdün, türkün, lazın, çərkəzin yaşadığı ölkədir, yaşayın da. Bəllidir, bu millətsiz kommunistlərin məqsədi Türkiyəni bölüb-parçalamaqdır. Bunları işi kürd xalqını öz arxalarıyla sürükləməkdir. Yolun sonunda isə ermənilərin qapısı açılır.

- Maraqlıdır ki, ermənilərin türklərə qarşı düşmənçiliyinin eynisini Qərb dövlətləri qondarma soyqırımı parlamentlərində tanımaqla edirlər. ABŞ-ın az qala bütün ştatları bu “soyqırımı” tanıyanda Ağ Evdən dedilər ki, hökumət bu qərarlara uymur və Türkiyə ilə müttəfiqlik kursuna sadiqdir. Konqres və Senat da tanıyanda isə türklər yalnız ümid etdilər ki, prezident “soyqırım” kəlməsini dilinə gətirməyəcək. Amma bu da oldu...

- Qərbin ermənilərə dəstəyi 100 ildir var və olacaq. Apreldə Co Bayden sələflərinin səsləndirmədiyi “soyqırım” ifadəsini işlətdi və bununla da ABŞ Türkiyəyə içində gizlətdiyi əsl xislətini açdı. Bundan başqa, Co Bayden İstanbul yerinə Konstantinpol dedi. Bunlar nə danışır, bu şəhərin adı 500 ildir İstanbuldur, niyə hələ də Konstantinpol kimi görürlər oranı? Deməli, onların 100 ildir davam edən niyyəti İstanbulu yenidən Konstantinpola çevirmək, türkləri və müsalmanları oradan sürmək, şəhəri yunanlara qaytararaq yenidən xristian dünyasının mərkəzinə çevirməkdir. Elə bilirsiniz Rusiya dostdur türklərlə, onlar da İstanbulu xristian şəhəri kimi görmək arzusundadır. Bu gün yüz cür bəhanəylə Türkiyənin üzərinə gəlir Qərb, onların 100 illik planı budur ki, 2023-cü ildə İstanbulla bağlı arzularını reallaşdırsınlar. Bunun üçün isə CXP-nin, HDP-nin timsalında kommunist təməli üzərində qurulmuş solçu partiyaları hakimiyyətə gətirməyə və onlara diqtələr edərək arzularını həyata keçirməyə çalışırlar.   

- Bayden onu da demişdi ki, Osmanlı polisi Konstantinpolda yaşayan erməni ziyalıları həbs etmişdi...  

- Baydenə deyən lazımdır ki, öz tarixlərini yaxşı oxusun. I Dünya müharibəsi zamanı ABŞ polisi bu ölkədə yaşayan erməni əsilli amerikalı liderləri və yapon öndərləri həbs eləmişdi. Niyə, öz maraqları naminə. Ermənilərin I Dünya müharibəsi dövründə Rusiyanın Anadolunu işğal etməsinə necə dəstək verdiklərini bilməyən yoxdur. Ermənilər türk körpələri analarından alıb, ayağından tutaraq divara çırpıb, parçalayırdılar. Ermənilər türk hamilə qadınların qarnını yırtıb körpələrini çıxarırdılar, Amerika bunu bilmirmi? Özü də ermənilərin məqsədi tək türklərə yox, şərqi Anadoluda məskunlaşmış müsəlman kürd əhaliyə qarşı da soyqırım törətmək olub. Əgər Türkiyə son anda torpaqlarını azad etməsəydi, məhz rusların yardımıyla kürd əhali Anadoludan sürgün olunacaqdı. Kürdlərin bütün bunları yadda saxlaması lazımdır.

- Ümumiyyətlə, ermənilərin qədimdən bəri yaşadığı ərazilər haqda nə deyərsiniz? Bildirirlər ki, qədim dövlətləri, dədə-baba torpaqları əllərindən alınıb...

- Ermənilər əvvəldən şərqi Anadoluda dağınıq şəkildə yaşayıblar. Ümumiyyətlə, Türkiyənin elə bir bölgəsi yoxdur ki, orda yerli əhalinin 10 faizdən artığı erməni olsun. Eynən Misirdəki kimi, əhalinin 5 faizi xristian qibtilərdir, amma heç yerdə onların yığcam yaşadığı şəhər yoxdur. Tarixə görə, ilk olaraq 14 əsr əvvəl ikinci xəlifə Həzrət Ömərin vaxtında bu yerlərin hərbi yürüşlərlə islamlaşdırılmasına start verilib və proses xəlifə Müaviyyənin vaxtında tamamlanıb. O vaxt Ermənilərin xeyli hissəsi İslamı qəbul edib. Səbəbi də bəlliydi: əvvəla xristianlıqda üç allaha dua etməkdənsə müsəlmanların bir allahı onlar üçün daha məqbul idi. İkincisi və ən əsası isə, Kilsə onlardan 30-50 faiz vergi tələb etdiyi halda, İslam yönəticiləri cəmi 2,5 faiz vergi istəyirdi, yəni cizyə.

- Biz tarixi dəlillərə əsaslanaraq iddia edirik ki, Ermənistan ərazisi Azərbaycanın qədim və əzəli torpaqlarıdır. Burada ən son İrəvan xanlığı mövcud idi. Siz özünüz də qeyd etdiniz ki, İrəvan əhalisinin əksəriyyəti müsəlman olub. Amma bu gün ermənilər nəinki Azərbaycanın bir parçası olan İrəvan xanlığı torpaqlarında dövlət qurublar, hətta bizdən əlavə ərazilər istəyirlər...

- I Dünya müharibəsi zamanı Rusiya bütün Cənubi Qafqazla yanaşı, şərqi Anadolunu da işğal etmişdi. Amma bu işğal nə qədər davam edəcəkdi, Moskva bu torpaqları əlində saxlaya biləcəkdimi, bu sual doğururdu. Odur ki, Rusiya Anadolunun hər yerinə səpələnmiş erməniləri toplamağa başladı. Zatən ermənilərin çoxu islamı qəbul edərək böyük şəhərlərdə yaşayırdı. Qalan savadsız və avam kütləydi ki, Moskva onlara bu torpaqlarda dövlət quracağına söz verib, yola gətirdi. Həmin dövlət indiki Ermənistandır – İsrailin ərazisindən təxminən iki dəfə böyük və bu gün əhalisi 3 milyon olan balaca Ermənistan dövləti. Olsun, yaratdılar dövləti, niyə o zaman Amerikadakı, Avropadakı, Yaxın Şərqdəki ermənilər köçüb öz dövlətlərində yaşamırlar? Heç Livanda məskunlaşan ermənilər belə Ermənistana getmək istəmirlər. Deməli, bu ölkənin yaradılması Türkiyəyə və türk türk-islam dünyasına gələcəkdə problem yaratmaq məqsədilə düşünülüb.