Budəfəki seçki Paşinyanın tam qələbəsi ilə nəticələnəcək...
Siyasi elmlər doktoru, tanınmış politoloq Cümşüd Nuriyev “Həftə içi”nə müsahibəsində qəsbkar Ermənistandakı mövcud durumdan bəhs edib, iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərində hazırkı baş nazir N.Paşinyanın və digər siyasi lider və blokların şanslarını dəyərləndirib.
- Cümşüd müəllim, Paşinyanın apreldə istefa verəcəyi barədəki qərarından sonra Ermənistandakı siyasi prosesləri necə proqnozlaşdırırsız?
- Əslində, Paşinyan qanunla hərəkət edir. Öz planını da açıq deyir ki, mən istefa verəcəyəm, amma seçkilərədək vəzifələrimin icrasını davam etdirəcəyəm. Ermənistan qanunvericiliyinə görə, baş nazir seçkilərə iki ay qalmış istefa verməlidir. Paşinyanın hazırkı əsas məqsədi Qarabağ klanını parçalamaqdır. İrəvanda hazırda 3 keçmiş prezident bir araya gəlməyə çalışır. Onların arasında satqınlıq statusunda çıxış edə bilən hazırda müxalifəti seçkilərə qatılmamağa çağıran eks-prezident Serjik Sərkisyandır. Paşinyan da məhz Sərkisyanla yaxınlaşmaq məqsədi güdür. Belə görünür ki, Sərkisyan da buna gedəcək...
- Növbədənkənar parlament seçkilərində Ermənistanın digər siyasi liderlərinin şansını necə dəyərləndirirsiniz?
-Ter-Petrosyanın seçkilərdə qalib gəlmək şansı sıfıra bərabərdir. Vazgen Manukyanı Rusiya da qəbul etmək istəmir. O da indiyədək erməni xislətinə uyğun olaraq gah Rusiyaya, gah Qərbə meyil edib. Robert Köçəryanı isə Ermənistan cəmiyyəti, xüsusilə də İrəvan klanı qəbul etmir. Rusiyanın yeganə şansı o qalır ki, hələlik Paşinyanla bu və ya digər dərəcədə razılaşma əldə etsin. Paşinyanın da, bilirsiniz ki, müəllimləri ABŞ-dır, Sorosdur. Üstəlik, Ermənistan mediasının yazdığına görə, əhalinin 70 faizi onu dəstəkləyir. Diqqət edin, artıq iki aydan artıqdır, müxalifət ardıcıl kütləvi mitinqlər keçirir, amma Paşinyanın heç tükü də tərpənmir. Bütün hallarda Paşinyan hal-hazırda Ermənistanın siyasi lideridir. Bu, faktdır...
- Bəlkə əslində bu bədbəxt erməni qövmü üçün düzgün xilas yolunu məhz Paşinyan və onun komandası göstərir?
- Bəli, son vaxtlar Paşinyan özü də, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Azərbaycan və Türkiyə ilə münasibət qurmaq məsələlərini qabardırlar. Onlar özləri də aydın başa düşür ki, indiyədək qəsbkarlığa, saxtakarlığa adət etmiş bu ölkənin başqa çıxış yolu yoxdur. Həm də bu erməni tayfası yalnız bədbəxt deyil, həm də xəstədir... Əsrlərlə bunların beyninə əsasən Rusiya tərəfindən “Böyük Ermənistan” xülyası sırınıb. Bu binəvaların özlərinə həmin yalançı ideyanın real bir faydası olmayıb. Həmişə qapazaltı olublar. Təsəvvür edin ki, 1829-cu ildən Ermənilər Çar Rusiyası tərəfindən İrəvana köçürülsə də, bu şəhəri erməni şəhəri kimi təqdim etsələr də, 1879-cu ilədək İrəvanın qradonaçalniki, yəni başçısı erməni olmayıb, yalnız ruslar olub...
- Azərbaycanın Qarabağdakı son şanlı zəfərindən 5 aya yaxın vaxt keçsə də, qeyd etdiyiniz kimi, noyabr-dekabrda və son iki ayda Ermənistan müxalifəti nə qədər kütləvi aksiyalar təşkil etməyə çalışsa da, erməni qövmünün əsas yoxsul kütlələrinin Paşinyan iqtidarına qarşı kəskin, həlledici hücumu alınmır. Bu, onu göstərmirmi ki, əslində ermənilərin böyük əksəriyyəti üçün Qarabağ məsələsi önəmli deyil?
- Bəli, əslində, ağlı nisbətən başında olan ermənilər də başa düşür ki, Qarabağ onlar üçün, siyasi terminlə desək, ballast yüküdür. Onu da yaxşı anlayırlar ki, Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi ideyası bunlara Rusiya tərəfindən sırınıb. Yəni onların əksəriyyəti üçün, dediyiniz kimi, Qarabağı əldə saxlamaq maraqlı deyil. Ermənistanın cəmi 2,5 milyon əhalisi var və heç 29 min kvadrat-kilometrlik ərazini normal məskunlaşdırıb adam kimi yaşaya bilmirlər. Eyni zamanda ermənilərin bir bədbəxtliyi də ondadır ki, ölkələrində özlərindən başqa, demək olar ki, digər millət nümayəndəsi yoxdur. Bu, artıq aksiomadır ki, əgər hər hansı bir ölkədə xalq arasında etnik müxtəliflik və bu əsasda cürbəcür sahələrdə sağlam rəqabət yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Vaxtilə Yaponiya da belə bir səhvi buraxıb. Yaponlar 1650-ci ildən bəri iki əsrə yaxın müddətdə özünütəcrid siyasəti aparıblar və bütün dünyaya özlərini qapadıblar. Fəqət, sonra - II Cahan savaşında uduzanda bunların ağlı başına gəldi... Yəqin ki, artıq Qarabağdakı son məğlubiyyətdən sonra Ermənistanın da ağlı yavaş-yavaş başına gəlməkdədir. Paşinyan da onların ən ağıllısı kimi erməniləri bu faciədən qurtarmağa çalışır. Onun siyasi gedişləri Ermənistanın xilasına yönəlib. Əgər Paşinyan gəlməsəydi, son on il ərzində Ermənistanda heç kəs qalmayacaqdı. Onsuz da indi də qalmayacaq, belə getsə... Ermənilərin ağlı olsa, sakitcə başların aşağı salıb Paşinyanı özlərinin lideri kimi qəbul edər və onun dediyi ilə oturub-durarlar. Bu gün faktiki olaraq dünya erməniləri Paşinyanı birmənalı şəkildə qəbul edirlər. Erməni diasporu da aydın görür ki, Ermənistan Qarabağ məğlubiyyətindən sonra nə günə qalıbsa, İraq kimi yoxsul bir ölkə ilə müdafiə sahəsində əməkdaşlıq qurur...
-Yeri gəlmişkən, müsəlman ölkəsi hesab olunan İraqın Müdafiə nazirinin qəsbkar Ermənistana son səfərinə necə qiymət vermək olar?
- İraqın Ermənistanla yaxınlaşmasıyla nə ermənilər, nə də iraqlılar heç nə qazanmır. Bilirsiniz, onillərlə Ermənistana dəstək verib onun ayaqüstə qalması üçün əlindən gələni etmiş İran hazırkı durumda özü açıq şəkildə Ermənistanla münasibət qura bilmədiyinə görə İraqdakı şiə lideri Sistaniyə göstəriş verib ki, ermənilərlə əməkdaşlıq yaratmaq üçün hökumətə təsir göstərsin... Bu, həmin Sistanidir ki, ABŞ 2003-cü ildə İraqa hücum edəndə onun hesabına 200 milyon dollar ödədi ki, şiələr Amerika qoşunlarına müqavimət göstərməsin. O da həmin paranı alıb belə də etdi... İraqın əhalisinin 65 faizi şiədir. Bu gün İranın icazəsi olmasa, İraq qətiyyən Ermənistanla əlaqə qura bilməzdi... Deyir, kasıbın nəyi var ki, aca da nəsə versin? İraq özü pis gündədir, Ermənistana nə verəcək?..
- Deyirsiniz, Robert Köçəryan seçkilərə “Daşnaksütyun”la bir blokda getsə də, hansısa uğur əldə etməyəcək?
- Xeyr. Birincisi, hazırda “Daşnaksütyun”un elə böyük maliyyə imkanları yoxdur. Hələ XIX əsrin sonundan bunları ermənilər də, dünya da terrorçu kimi qəbul edir və müasir dünya şərtlərində ona stavka etməkdən ehtiyatlanırlar. İkincisi, daşnakların Ermənistanda real nüfuzu da yoxdur. Üçüncüsü, Köçəryanla daşnakların bloku alınsa da, bu, “mehriban” düşmənlərin bloku olacaq...
Bir sözlə, hesab edirəm ki, budəfəki seçki Paşinyanın tam qələbəsi ilə nəticələnəcək. Bu, birmənalıdır. Ən başlıcası, burada ABŞ-ın Paşinyana dayaq vermək məsələsi var. Unutmayaq ki, dünyada Amerikanın ən böyük səfirliyi məhz Ermənistandadır. İrəvandakı səfirliyin azı 2 min əməkdaşı var. Erməni saytları özləri yazır ki, İrəvanın hər küçəsində bir neçə ABŞ səfirliyi əməkdaşı gəzir. Onların çoxu da Kaliforniya erməniləridir. Onlar da bir dollara görə dədələrini də satarlar... Xülasə, Ermənistandakı hazırkı durum Paşinyanın xeyrinədir. Müxalifət pat vəziyyətindədir və heç bir çıxış yolu da yoxdur...