Ermənistan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub - Nazir

12:24 30.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan dövləti ekoloji terror nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub.

Hafta.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Karabakh.Center” internet resursunun təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə təbii sərvətlərin talan edilməsi ekoloji balansın pozulmasına gətirib çıxarıb:

“Qarşımızda işğaldan azad edilmiş ərazilərimizdə təbiətin bərpa edilməsi kimi böyük məsuliyyət durur”.