Ermənistan-Azərbaycan “sülh sazişi”nin DETALLARI AÇIQLANDI

13:49 17.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Zəngəzurdan keçəcək yol üçün Ermənistana ildə 150 milyon dollar ödəyəcək?

Ermənistan müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti bir neçə gündür Moskvadadır. Rəsmi versiyaya görə, heyət  "Qərb-2021" strateji təlimləri çərçivəsində erməni hərbi qruplaşmasının təlimlərini izləyir. Amma əslində mənbələrimizə görə, Moskvada Azərbaycan tərəfi ilə “sülh müqaviləsi” ətrafında danışıqlar gedir”.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

“Bizə dedilər ki, danışıqlar başa çatıb və Ermənistan tərəfi nəticələrdən çox razıdır. Sovet İttifaqının xəritələri çərçivəsində Qarabağa heç bir status təyin edilmədən demarkasiya və delimitasiya prosesinin başlanması ilə  bağlı razılaşma əldə olunması mümkün görünür. Rusiya sülhməramlılarının bölgədəki varlığını qeyri -müəyyən müddətə - 5 il məhdudiyyət olmadan uzatmaq haqda razılıq da alına bilər”- məlumatda daha sonra  belə deyilir.

Guya Moskvadakı danışıqlarda Zəngəzurdan keçəcək yol haqda da müzakirələr aparılıb.

“Tərəflər Rusiya və sərhədçilərimizin nəzarətində olacaq tranzit yolla bağlı razılığa gəliblər. Belə ki, sərhəd-keçid məntəqələri quraşdırılacaq, azərbaycanlılar bu yolda gediş haqqı ödəyəcəklər. Hətta müəyyən bir rəqəm belə deyilir - hər il 150 milyon dollar…” –deyə erməni qəzeti yazır.

“Gorus-Qafan yolu ilə bağlı heç bir nəticə əldə olunmayıb. Rusiya Federasiyası tərəfindən maliyyələşdirilən və İrandan gələn iri yük maşınlarının keçə biləcəyi Tatev-Qafan dolayı yolunun sürətli inşası ilə bağlı Rusiya tərəfi ilə razılıq əldə edilib” – Ermənistan nəşrinin məlumatında belə deyilir.

Oxunma sayı 1542
Gündəm rubrikasından digər xəbərlər