Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

15:42 18.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Sputnik Armeniya” məlumat yayıb. Məlumatda bildirilir ki, layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur.

Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

- “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.

Oxunma sayı 163
Siyasət rubrikasından digər xəbərlər