Ermənistan başqalarının əmrini yerinə yetirən oyunçaq dövlətdir – Hərbi ekspert

17:43 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan başqalarının əmrlərini yerinə yetirən oyunçaq bir dövlətdir. Erməni əsgəri və xalqı onu kim idarə edirsə, o şəkildə də inkişaf edir.

Bu fikirləri hafta.az-a hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq ulu öndər Heydər Əliyevin gəlişindən sonra aparılan islahatlar və cəmiyyətin formalaşması, iqtisadi inkişaf, ordu quruculuğu Azərbaycanı qələbəyə doğru istiqamətləndirmişdi. Ulu öndər və onun davamçısı olan cənab Prezident İlham Əliyev bilirdilər ki, gec-tez Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməli olacaq. 

Hərbi ekspert bu gün Ermənistanın düşdüyü rəzil durumun səbəblərini açaraq burada əsas diqqəti ermənilərin arxasında duran müəyyən qüvvələrin, diasporaların erməni xalqına xəyanət etmələri məqamına çəkdi. Onun fikrincə, bu qüvvələr erməni xalqını düşünsəydi bəlkə də gəlib bu duruma düşməzdilər. 

“Ermənistn hakimiyyəti hansısa maraqlı güclərin sifarişlərini yerinə yetirdiyindən bu gün xalqı ağır durumdadır. Bu gün Ermənistanın əsgəri, generalı rəzil, məğlub durumdadır. Və təbii ki, haqq gec-tez yerini almalıydı. Azərbaycan bu illər ərzində öz ordusunun inkişafı ilə məşğul olub əsgərinin qayğısına qalırdısa və öz ordusunu 50 ən yaxşı ordu sırasına çıxara bildisə, deməli vaxtı gələndə bu ordu ilə xalqı, vətəni, dövləti qorumağa qalxacaq. Təbii ki, ordunun, cəmiyyətin, dövlətin qarşısında əsas vəzifə torpaqlarını işğalçı qüvvələrdən azad edib ərazi bütövlüyünü bərpa etmək dayanır. Bu qırmızı xət həmişə bizim qarşımızda dayanmışdı. Biz vətənpərvərlik ruhunda, cəmiyyətin formalaşmasında, iqtisadiyyatın inkişafında, diplomatiya sahəsində olan bütün işlərimiz, fəaliyyətimiz məhz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ətrafında inkişaf edirdi.  Təbii ki, vaxtəı gəlib çatanda cənab Prezidentin müdrüklüyü, siyasi arenada, diplomatiyada özünü ifadə etdi. Prezident hələ aprel ayında demişdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan ordusu qısa bir zamanda erməni işğalçı qüvvələrini darmadağın edib ərazi bütövlüyünü  bərpa etməyə qadirdir”.

Ş.Ramaldanov hesab edir ki, aprel hadisələrindən sonra  Azərbaycanla Ermənistanın hərb meydanında təkbətək qalması üçün axtarılan məqamlar gəlib çatdı.

“O işlərin yekun hissəsi Tovuz hadisəsi ilə başladı. Tovuz hadisələrindən sonra cənab İlham Əliyev hücum diplomatiyasını elan elədi. O məqam isə artıq Azərbaycan əsgərinin kim olduğunu, erməni əsgərinin nə olduğunu ortaya qoydu və bunu biz döyüş meydanında gördük”.