Yazını böyüt
Yazını kiçilt
Son bir ay ərzində Ermənistanın indiki müdafiə naziri Rüstəm Muradovla həm telefonla danışıb, həm də Moskvaya iki dəfə səfər edib.
Bu fikirləri hafta.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, bu ondan irəli gəlir ki, Moskva öz vassalına konkret tapşırıqlar verir:
"Ona görə də hər gün Naxçıvan və yaxud da Kəlbəcər istiqamətində atəşkəsin pozulmasının şahidi oluruq. Aydın məsələdir ki, bu atəşlər rusun təlimatı ilə açılır. Ermənistan hansı vəziyyətdədir ki, Azərbaycana belə dil uzadır. Belə davam edərsə, Azərbaycan cəmiyyəti tələb edəcək ki, Rusiya sühməramlıları ərazini tərk eləsinlər. Bu rusun, russevərlərin xoşuna gəlməsə də, Azərbaycan məsələni kəskin şəkildə qoyacaq. Biz buna nə vaxta qədər dözəcəyik".