Ermənistan parlamentində ara qarışdı

18:22 17.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Assambleyasında vəziyyət yenidən gərginləşib.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlimata görə, təhlükəsizlik əməkdaşları Rubik Akopyanı binadan çıxarıblar.

Məsələ burasındadır ki, Akopyan Milli Assambleyanın sabiq deputatıdır və o, keçmiş ofisinə daxil olmağa cəhd edib, lakin mühafizəçilər ona imkan verməyiblər.

Sonuncu onlara müqavimət göstərməyə çalışsa da, Akopyan bayıra çıxarılıb.

Xatırladaq ki, bu gün İrəvanda- parlament binasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı parlament dinləmələri keçirilir.

Dinləmələr  Xocalı canisi Robert Köçəryanın lideri olduğu “Hayastan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb. Müzakirələrdə müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünaslar, həmçinin “Müqəddəs mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan da iştirak edir.