Ermənistan silkələndi - Son dəqiqə!

09:48 02.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 08:38-də Ermənistan ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, zəlzələnin episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

“Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori vilayətinə aid Metsavan, Katnarat və Privojnoye kəndlərində hiss olunub”, - məlumatda qeyd olunub.