Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qarabağa yola düşdü...-FOTO

16:46 31.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın bir qrup müxalif deputat və siyasətçisi Rusiya hərbi kontinegntinin nəzarətindəki  Laçın dəhlizindən keçərək Xankəndinə yola düşüb.

Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda  qəsbkar ölkənin keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru, hazırda  “Şərəf duyuram" parlament fraksiyasının lideri və  “Azad vətən”  partiyasının sədri olan Artur Vanetsyan “Facebook” səhifəsində paylaşım edib.

O, paylaşıma avtomobildə çəkilmiş  foto da yerləşdirərək yazıb:”Yenə də Artsaxa”...

Artur Vanetsyanla foto-şəkildə  görünənlər eyni fraksiyanın üzvü olan deputat Tiqran Abramyan, “Azad vətən” partiyasının üzvləri Arsen Babayan və Sos Akopyandır.

Xatırladaq ki, Xankəndindəki separatçı-terrorçu rejim sentyabırn 1-də və 2-də 30 il öncə qondarma “Dağlıq Qarabağ respublikası” elan edilməsi ilə bağlı tədbirlər planlaşdırır.  Tədbirə Ermənistan rəhbərliyindən yalnız parlament sədrinin müavinlərindən birinin gələcəyi gözlənilir.