Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir - MN

13:24 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.