Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti tərəfindən Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ ərazisinə buraxılmış Ermənistan vətəndaşı Xankəndi-Şuşa-Gorus yolunda qəzaya uğrayaraq ölüb.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
“Ermənistan Fövqəladə Hallar Nazirliyinin milli böhran idarəetmə mərkəzindən Armavir rayonunun Pşatavan kənd sakini A.Z.-nin 24 iyul saat 04: 00-da “Ford tranzit” markalı avtomobilində Qarabağ ərazisindən Ermənistan Respublikasına doğru çıxması, lakin ora gedib çatmaması haqda məlumat verilib”- xəbərdə belə deyilir.
Xilasedicilər vətəndaşı axtarmaq üçün Xankəndi- Şuşa-Turşsu-Laçın yolunda axtarışlara başlayıb.
Əməliyyat nəticəsində Xankəndi-Gorus yolunun 59-cu kilometrliyində, dərədə ( 150 metr) 1961-ci il təvəllüdlü A.Z. “Ford Tranzit” avtomobilində ölü vəziyyətdə tapılıb.