“Ermənistan Çinlə heç bir məhdudiyyət olmadan əlaqələri dərinləşdirməyə çalışır. Cənubi Qafqaz respublikası xarici siyasətini Rusiyadan uzaqlaşdırmaq üçün səyləri gücləndirir”.
Hafta.az-ın yazdığına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Pekində “South China Morning Post” qəzetinə müsahibəsində deyib. Mirzoyan bildirib ki, Pekinlə münasibətlərin dərinləşməsi yolunda nəinki heç bir maneə yoxdur, əksinə, bu əlaqələri heç bir məhdudiyyət olmadan dərinləşdirmək istəyirlər.
“Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistan üç Cənubi Qafqaz ölkəsindən fərqli olaraq hələ də Çinlə strateji tərəfdaşlıq qurmayan yeganə ölkədir” deyən Mirzoyan bildirib: “Artıq çinli həmkarlarımızla görüşdə də qeyd etmişəm ki, münasibətlərimizi yüksək səviyyəyə çatdırmaq zərurətini görürük”.