Ermənistan yenə də revanşizm hissi ilə yaşayır – Millət vəkili  

18:57 30.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan yenə də revanşizm hissi ilə yaşayır. O duyğular ki, Ermənistanın sonunun başlanğıcı ola bilər.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə parlamentdə çıxışı zamanı hökumətin yeni proqramını bəyan etdi:

“Həmin proqramda yenə də “Arsax” ifadəsini, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi, “Ermənistanın Dağlıq Qarabağda yeni münasibətlərin formulu ilə...”  kimi fikirlərlə absurd, əsassız iddialar ortaya qoydu. Cənab Prezident dəfələrlə çıxışlarında söyləyib ki, “status” məsələsi yoxdur, bitdi. Deyib ki, “Dağlıq Qarabağ xalqı yoxdur, var Qarabağın azərbaycanlı əhalisi və orda yaşayan ermənilər. Prezident bildirib ki, Xankəndində yaşayan 25 min erməni də yolunu azmış Azərbaycan vətəndaşlarıdır  və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları gələcək perspektivin əsas məsələlərindən biridir”.