Ermənistanda 491 yeni yoluxma qeydə alınıb

13:05 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 50 850 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 491 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 963 nəfər koronavirusdan ölüb, 5 370 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Oxunma sayı 798