Ermənistanda COVID-19-dan ölənlərin sayı 8378-ə çatıb

13:24 23.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 946 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 417 456 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 24 ölüm halı qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 8 378 nəfərə yüksəlib.