Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib

12:38 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 47 154 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 244 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 928 nəfər koronavirusdan ölüb, 3 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Oxunma sayı 1421