Ermənistanda koronavirusa yoluxanların sayı 55 mini keçib

12:27 09.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 55 087 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 614 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 010 nəfər koronavirusdan ölüb, 8 246 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Oxunma sayı 1394