Ermənistanda koronavirusdan ölənlərin sayı 972 nəfərə çatıb

12:15 03.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 51 925 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 543 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 972 nəfər koronavirusdan ölüb, 6 068 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.