Ermənistanda sərhədlərin müəyyənləşdirilməsi BU TARİXDƏ BAŞLAYACAQ

17:24 02.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsi, daha doğrusu, delimitasiyası və demarkasiyası üçün yaxın vaxtlarda müvafiq komissiyanın yaradılacağı bəlli olub”.

Hafta.az xəbər verir ki,  bunu Ermənistanın “Past” qəzeti yazır.

Qəzetin yazdığına görə, ilkin razılaşmaya əsasən, yaradılan komissiyaya iki ölkənin müdafiə idarələrinin rəhbərləri rəhbərlik edəcək.

“Mütəxəssis və sahə üzrə mütəxəssislərin fikrincə, delimitasiya və demarkasiya prosesi əslində kifayət qədər mürəkkəb, uzun və zəhmət tələb edən bir prosesdir. Mütəxəssislər onu da qeyd edirlər ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Üstəlik, elə ölkələrin təcrübəsi var ki, onilliklər keçsə də, bu işlər nəticə vermir.

Mənbəmizin sözlərinə görə, çətin və pis hava şəraitindən asılı olaraq, yeni yaradılmış delimitasiya və demarkasiya komissiyasının işinə 2022-ci ilin yazında, daha dəqiq desək, mənbəmizin dediyinə görə, qarlar əriyəndə başlanması nəzərdə tutulur” –erməni nəşri yazır.

Oxunma sayı 1283
Siyasət rubrikasından digər xəbərlər