Yazını böyüt
Yazını kiçilt
Ermənistanda zəlzələ olub.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ermənistan ərazisində maqnitudası 4,1, dərinliyi 6 km olan təkanlar qeydə alınıb.
Tovuz stansiyasından 39 km cənub-qərbdə Ermənistan ərazisindəki zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.