Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır -Hikmət Hacıyev

10:46 12.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var: “Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Ermənistan tərəfindən verilmir”.