Yazını böyüt
Yazını kiçilt
Qərb Rusiya Federasiyasına qarşı müharibədə qələbəni yaxınlaşdırmaq üçün Ukraynanı tez bir zamanda qırıcı təyyarələrlə təmin etməlidir.
Bunu “Tagesspiegel” nəşrinə müsahibəsində Estoniyanın keçmiş prezidenti Kersti Kalyulayd deyib. "Ukraynalılar qırıcı təyyarələrə ehtiyac olduğunu deyəndə, biz kömək etməliyik", - Kaljulaid vurğulayıb və əlavə edib ki, Ukraynada hər gün cəbhə xəttində 100-ə yaxın Ukrayna əsgəri ölür, 300-ə yaxın əsgər isə yaralanır.
O, Almaniya hökumətinin Ukraynaya “böyük hərbi dəstək” verdiyini xatırladıb. "Ancaq mən Ukraynanın səbirsizliyini də başa düşürəm. Onun üçün vaxt saatlarla deyil, insan həyatı ilə ölçülür", - o vurğulayıb.