ETSN ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb

13:52 14.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3 mm, Astara, Şamaxıda 2 mm, Mərəzədə 0.6 mm, Yardımlıda 0.4 mm olub. 

Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, aran rayonlarında 13-17, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 7-16 dərəcə isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə  7 dərəcəyədək şaxta təşkil edib.