Yaxın müddətdə daşınmaz əmlakın qiymətində ucuzlaşma gözlənilən deyil.
Bu fikirləri hafta.az-a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, bu, dönməz prosesdir:
"Ola bilsin, COP29-dan sonra qiymətlərdə sabitləşmə olsun. Bu o demək deyil ki, ucuzlaşma baş verəcək. Fors-major hadisə olmazsa, qiymətlərin artım dinamikasını müşahidə edəcəyik. Artım sürətli də ola bilər, ləng də gedə bilər. Qiymətlər müəyyən müddət stabil də qala bilər. Amma qiymətlərdə ucuzlaşma baş verməyəcək. Bununla belə Azərbaycan hökuməti sosial yönümlü hökumətdir. Layihələr mövcuddur, həmin layihələrin içərisində tələbələr üçün yataqxanaların inşası, özəl yataqxanaların sahibkarlar tərəfindən inşasına təşviq proqramlarının həyata keçirilməsi, tədris müəssisələrin Bakının mərkəzində kənara çıxarılması həyata keçirilərsə, daşınmaz əmlakda müəyyən stabilləşmə dövrü başlaya bilər".