Maska çatışmazlığına görə bir çox insanlar ev şəraitində kustar üsulla maska hazırlamağa başlayıb. Bunlardan bəziləri könüllü, bəziləri isə satış məqsədi daşıyır.
Bəs bu maskalar standartlara cavab verirmi?
Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov hafta.az-a açıqlamasında dedi ki, o şəxslər standartları bilmirlər. Bu səbəbdən maska hazırlanması zamanı gözlənilməli olan standartlara demək olar ki, əməl etmirlər:
“Parçası və materialı, tikişləri uyğun olmalıdır. Kimbildi-bilmədi artıq maska hazırlayır. Qəti surətdə bu kimi hallara yol vermək olmaz. Paltartikən maşın ölkədə çoxdur. Hər maşını olan maska hazırlamalıdır deyə bir şey yoxdur. Yalnız standartları bilən şəxslərə icazə verilməlidir. Belə getsə kustar, üsulla hazırlayıb xaricə də maska göndərəcəyik”.