Evdən 10 min manatlıq oğurluq olunub

12:29 14.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-nə keçən gecə İ.Məmmədov küçəsindəki evlərin birindən 10.000 manat dəyərində 2 ədəd televizor, kompyuter, planşet, kinoteatr və internet avadanlığı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Tapdıqzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.