Evdən yeddi min manat pul oğurlayan şəxs tutulub

16:48 10.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunda evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Xətai rayonu ərazisindəki evlərin birindən 7 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.