Boğaziçi Universiteti Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının müdiri və meteorologiya mühəndisi Adil Tək bildirib ki, “Eyyamı Bahur” isti hava axınları Şimali Afrikadan Türkiyəyə gəlir və bu gündən etibarən temperaturlar tədricən yüksələcək.
Hafta.az-ın yazdığına görə, ölkənin qərb bölgəsində gözlənilən temperaturun İstanbulda da təsirli olacağını bildirən Tək, “İstanbulda “Eyyamı bahur”un istiləri çərşənbə günü başlayacaq və cümə axşamı günü “pik” nöqtəsinə çatacaq. İstanbulda çərşənbə günü havanın temperaturu 35 dərəcəyə, cümə axşamı isə 39 dərəcəyə yüksələcək. Bu gündən cümə axşamına qədər temperaturun təxminən 8 dərəcə artacağını gözləyirik. Həftənin sonuna doğru havanın temperaturu tədricən azalmağa başlayacaq. Həftə sonu temperatur 35 dərəcə ətrafında olacaq və beləliklə, İstanbul 4 gün isti havanın təsiri altında qalacaq" deyib.
Yaşanan istilərdən sonra İstanbulda yağış gözlənilməyəcəyini açıqlayan Tək bildirib ki, çünki temperaturlar keçən dəfə olduğu kimi sürətlə azalmır. “Ötən dəfə İstanbulda ən yüksək temperaturu Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasında 41,3 dərəcə olaraq qeyd etdik. Növbəti gün ərzində havanın temperaturu birdən-birə 12 dərəcə yüksəlib. Bu vəziyyət yağışa səbəb olub. Ancaq bu dəfə belə bir vəziyyət yoxdur", - bildirib.
Vətəndaşların bu dövrdə istilərə diqqət etmələri lazım olduğunu vurğulayan Tək, onları saat 10.00-16.00 arasında açıq havada gəzməməyə çağırıb. Hətta çölə çıxanların açıq rəngli paltarlar seçməsi məsləhət görüb.