Dövlətimizin havada üstünlüyə ehtiyacı var, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri qeyd edib.
Dördüncü nəsil çoxməqsədli “F-16” qırıcıları Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın müxtəlif ballistik raketlərini vurmağa kömək etməyəcək, lakin onlar Rusiya təyyarələrini dəf edə biləcəklər.
Hafta.az xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat danışıb.
“ “F-16”-nın ballistika ilə mübarizədə hər hansı bir şəkildə kömək edəcəyi ehtimalı azdır. Ballistika istənilən nöqtədə fəaliyyət göstərə və raket buraxa bilən yerüstü qurğulardır. Odur ki, "F-16"-lar ballistik raketlərə qarşı işləyə bilməz. Ancaq aerodinamik hədəfləri məhv edə, həmçinin yerüstü və suüstü hədəfləri vura bilərlər", -deyə HHQ rəsmisi qeyd edib.
Bundan əlavə, İqnat bildirib ki, ukraynalı pilotlar və yerüstü heyət müxtəlif obyektlərdə təlim keçməkdə davam edir. "Bu meydanların coğrafiyası böyüyür, çünki aviasiya koalisiyasına daxil olan ölkə bu və ya digər prosesdə iştirak etmək imkanı verir", - HHQ spikeri belə deyib.
O, Qərbin təyyarələrinin idarəçiliyinə keçməyin çox çətin olduğunu diqqətə çatdırıb.
"Biz bunu rekord müddətdə edirik. Ona görə də həqiqətən də Rusiya aviasiyasını dəf edə biləcək təyyarələr gözləyirik. Bizə hava üstünlüyü lazımdır. Hava üstünlüyü olmasa, quru qoşunları üçün çox çətindir", - deyə HHQ spikeri vurğulayıb.