FIDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb

22:24 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il mayın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Hafta.az xəbər verir ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Dünyanın ən güclü şahmatçıları arasında ilk onluqda yer alan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməyib. Belə ki, Ş.Məmmədyarov (2770) 8-ci, T.Rəcəbov (2765) isə 10-cu pillədədir.

Digər şahmatçılarımız 2665 xalla Nicat Abbasov və Qədir Hüseynov 72-73-cü sırada yer alıblar. Rauf Məmmədov (2654 xal) 1 pillə irəliləyərək 89-cu sırada qərarlaşıb.

Qadın şahmatçılar arasında isə birinci pillədə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci, Xanım Balacayeva (2376) isə 89-cu yerdədirlər.

Oxunma sayı 198