FİFA İnfantino ilə bağlı bəyanat yayıb

22:40 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
FİFA prezident Canni İnfantinonun adının rüşvət qalmaqalına qarışması ilə bağlı olaraq bəyanat yayıb. 
 
Hafta.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində İnfantino vəzifəsindən kənarlaşdırılmayacaq.
 
FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: "Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.
 
Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.
Oxunma sayı 3560